Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi
07.07.2016İyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişinləri, rayon sakini Şəhriyar Dədəkişiyev və Ağcabədi şəhər sakini Mətanət Məmmədova xəstəxanaya yerləşdirilmişlər. V.Hüseynquliyev və Ş.Dədəkişiyev orada ölmüşlər.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.