İyunun 23-də Ə.Bağırova qarşı soyğunçuluq törətmiş Ağdam rayon sakini İ.Gözəlov tutulmuşdur
26.06.2016Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də Əlikram Bağırovun 20 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almış Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş İsrail Gözəlov tutulmuşdur. Onun həmin gün Araz Rzayevin 150 manatını, habelə mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.