Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağsu rayonunun Yenilik kəndində yol-nəqliyyat hadisəsi

26.06.2016

İyunun 26-da saat 23 radələrində Ağsu rayonunun Yenilik kəndində Rusiya Federasiyası vətəndaşı Dmitriy Pavlov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən rayon sakini Mehman Cavadovun idarə etdiyi “T-40” markalı traktora vurmuş, idarəetməni itirdiyindən yolun əks istiqamətinə çıxıb Göyçay rayon sakini İntiqam Bəkirovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Nəticədə D.Pavlovun sərnişinlərindən həmyerlisi Aleksandra Liçkina hadisə yerində ölmüş, digər həmyerlisi xəstəxanaya yerləşdirilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.