Sumqayıt şəhərinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi
26.06.2016İyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi şəxsi “Hyundai” və Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Tahirov və sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölmüş, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Araşdırma aparılır.