Nəsimi rayonunda yaşayan B.Hacıyevin mənzilində yanğın baş vermişdir
26.06.2016İyunun 26-da saat 20 radələrində Nəsimi rayonunun R.Məmmədov küçəsində yaşayan Babək Hacıyevin mənzilində yanğın baş vermişdir. Nəticədə ümumi sahəsi 54 kvm. olan mənzilin 12 kvm. sahəsində yanar konstruksiyalar və əşyalar yanmış, tüstüdən zəhərlənmiş qonağı, Zaqatala rayon sakini Pirdas Qudiyeva xəstəxanaya yerləşdirilmişdir.