Gürcüstan vətəndaşı E.Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilinən E.Babayevin onun azyaşlı qızını da qətlə yetirməsi müəyyən edilmişdir
25.06.2016Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş Eldəniz Babayevin ətrafında Qazax RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Elmiranın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilmişdir. Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılmışdır.