Mayın 16-da Sabirabad rayon sakini Z.Süleymanovaya məxsus mağazadan oğurluq törətməkdə şübhəli bilinən M.İmanov tutulmuşdur
25.06.2016Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini Zemfira Süleymanovaya məxsus mağazadan 1400 manat pul, qızıl əşyalar və danışıq kartları oğurlamaqda şübhəli bilinən həmyerlisi Mahir İmanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 23-də H.Abdullayevanın həyətindən 5 ev quşu və mayın 15-də Ə.Orucovun mağazasından 50 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.