Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində “VAZ-21012” markalı avtomobillə rayon sakini X.Məmmədov vurulmuşdur
25.06.2016İyunun 25-də saat 22 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində rayon sakini Bağman Əsgərov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən həmyerlisi Xankişi Məmmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.