Ağcabədi rayonunda Xocavənd rayon sakini Ə.Quliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq 3 qohumunu qətlə yetirdikdən sonra özünü öldürmüşdür
25.06.2016İyunun 25-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Ağdam rayon sakini Ənvər Səfərovun evinə gəlmiş kürəkəni, Xocavənd rayon sakini Ələsgər Quliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq onu, qayınanası Naziləni və arvadı Raifəni qətlə yetirmiş, sonra isə özünü öldürmüşdür.
Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan lüləsi kəsilmiş ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.