Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mənşəyi bilinməyən bitkilərdən markası və lisenziyası olmayan “Prima” markalı tütün məmulatları aşkar edilərək götürülmüşdür

18.05.2016

Mayın 17-də Şəki şəhər sakinləri Çingiz Sadıqov və Tehran Lətifov Oğuz şosesinin kənarında yerləşən anbarda xüsusi avadanlıqlardan istifadə etməklə küllü miqdarda (16023 manat dəyərində) mənşəyi bilinməyən bitkilərdən 53410 qutu aksiz markası və lisenziyası olmayan “Prima” markalı tütün məmulatı hazırlayaraq, tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı və texniki göstəriciləri barədə yalnış məlumatlar verməklə həmin tütün məmulatlarının 1600 ədəd qutusunu 480 manata satmışlar.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çingiz Sadıqov və Tehran Lətifov saxlanılmışlar. Onlara məxsus emalatxanaya baxış zamanı əlavə olaraq 51810 ədəd “Prima” markalı tütün məmulatı aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

18.05.2016 tarixinə olan kriminal məlumatlar