Oğurluq etmiş Bakı şəhər sakini Orxan Hacıyev tutulmuşdur
18.05.2016Mayın 18-nə keçən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində Bakı şəhər sakini Vüqar Abbasova məxsus mağazadan pəncərədən girmək yolu ilə 9 ədəd mobil telefon oğurlanmışdır.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Orxan Hacıyev tutulmuşdur.