Keyfiyyət sertifikatları olmayan 4900 ədəd yuyucu vasitələr aşkar edilərək götürülmüşdür
18.05.2016Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çayarxı kəndində şəhər sakini Mehman Məmmədova məxsus həyətyanı sahədəki anbarda lisenziya və digər rəsmi sənədləşmə, eləcə də keyfiyyət sertifikatları olmayan müxtəlif çeşidli yuyucu vasitələrin istehsalı və satışı ilə məşğul olması müəyyən edilmiş və oradan 4900 ədəd üzərində “Palma” əmtəə nişanı olan yuyucu vasitələr aşkar edilərək götürülmüşdür.