Oğurluq etmiş Gəncə şəhər sakini Nikolay Mirasliçenko, Ağdaş rayon sakinləri Şahmurad Xudaverdiyev və Validə Məmmədova tutulmuşlar
18.05.2016Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü və 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-16-da paytaxt sakinləri İ.Xanverdiyevaya, E.Kərimova və H.Həsənova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini Nikolay Mirasliçenko, Ağdaş rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Şahmurad Xudaverdiyev və Validə Məmmədova tutulmuşlar.