Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.05.2016Mayın 14-də saat 13 radələrində Biləsuvar rayonu ərazisində rayon sakinləri Əlifağa İsayevin idarə etdiyi “QAZel”, Kamal Abdullayevin idarə etdiyi “Peugeot”, Cəlilabad rayon sakini Vüsal İbrahimovun idarə etdiyi “Mercedes” və Quba rayon sakini Həmzə Ağayevin idarə etdiyi “Seat” markalı avtomobillər toqquşmuşdur. Nəticədə K.Abdullayev hadisə yerində ölmüş, Ə.İsayev və 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.