Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakini Arif Əliyevdən müvafiq sənədləri olmayan tüfəng götürülmüşdür
14.05.2016Mayın 14-də Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakini Məqsəd İsmayılov RPŞ-yə müraciət edərək həmin gün kənd ərazisində qonşusu Arif Əliyevin münaqişə zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açmasını bildirmişdir.
Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev saxlanılmış, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı tüfəng götürülmüşdür.