Oğurluğa cəhd göstərmiş Xaçmaz rayon sakini Qoşqar Müzəffərov tutulmuşdur
14.05.2016Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də rayonun S.Rüstəm küçəsində Bakı şəhər sakinləri T.Qasımzadəyə məxsus “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanı, M.Axundova məxsus “Hyundai”, V.Yusifova məxsus “Mercedes” markalı və Türkiyə vətəndaşı Erdal Zehniyə məxsus “Volkswagen” markalı avtomobillərin şüşələrini sındıraraq oğurluğa cəhd göstərmiş Xaçmaz rayon sakini Qoşqar Müzəffərov tutulmuşdur.