Bakı şəhər sakini İsimxan Əliyev saxlanılmışdır
14.05.2016Mayın 13-də Xəzər rayonunun Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci PB-yə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələməsini bildirmişdir.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsimxan Əliyev saxlanılmış, hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülmüşdür.