Masallı rayon sakini Fikrət Cabbarovdan 4,86 kqr marixuana, 935 qr həşiş qətranı və 806 qr heroin götürülmüşdür
27.03.2016Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Ziya Müzəffərovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılmış, sərnişini, həmyerlisi, əvvəllər məhkum olunmuş Fikrət Cabbarovdan 4 kiloqram 860 qram marixuana, 935 qram həşiş qətranı və 806 qram heroin götürülmüşdür.