Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqla məşğul olan dəstə üzvləri saxlanılmışlar

27.03.2016

Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Bakı şəhər sakini Rüfət Muradova məxsus mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Lənkəran rayon sakini Samid Ağayev, Cəlilabad rayon sakini Ramin Əmənov, Kürdəmir rayon sakinləri Vəfalı Əsgərov və Baxış Baxşıyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirlərilə onların daha 9 mənzildən təmir-tikinti alətləri, inşaat materialları, məişət və geyim əşyaları oğurlamaları da müəyyən edilmişdir.
S.Ağayevin Qaradağ RPİ tərəfindən CM-nin 317-ci maddəsi ilə axtarışda olması müəyyən edilmişdir.

27.03.2016 tarixinə olan kriminal məlumatlar