Qəbələ rayon sakinləri Əkbər Əliməmmədli və Şahmurad Abbasova xəsarətlər yetirmiş Gəncə şəhər sakinləri Atilay Quliyev və Pərvin Şiraslanov tutulmuşlar
27.03.2016Martın 27-də Kəpəz rayonu ərazisində Qəbələ rayon sakinləri Əkbər Əliməmmədli və Şahmurad Abbasov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmişlər.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Atilay Quliyev və Pərvin Şiraslanov tutulmuşlar.