Qaçırılmış avtomobili idarə edən paytaxt sakini Cavidan Əhmədli və sərnişini Xırdalan şəhər sakini Cavid Novruzovla birgə saxlanılmışdır
27.03.2016Martın 27-nə keçən gecə Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Tural Abbasova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılmışdır.
DİN Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Abşeron rayonunun Xırdalan şəhəri ərazisində hərəkətdə olması müəyyən edilmiş və Abşeron RPİ-nin əməkdaşları tərəfindən avtomobil saxlanılmışdır. Avtomobili idarə edən paytaxt sakini Cavidan Əhmədli və sərnişini Xırdalan şəhər sakini Cavid Novruzovla birgə Yasamal RPİ-nin əməkdaşlarına təhvil verilmişdir.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.