Ağsu rayon sakini Murad Qubatovu odlu silahdan açdığı atəşlə qətlə yetirmiş Vüqar Şirinov könüllü olaraq təslim olmuşdur
05.03.2016Martın 5-də Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən çay evlərindən birindən Ağsu rayon sakini Murad Qubatov döş qəfəsi və sifət nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Hadisəni törətmiş onun həmyerlisi Vüqar Şirinov könüllü olaraq Ağsu RPŞ-yə gələrək təslim olmuşdur. O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilmişdir.
Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülmüşdür.