Cəlilabad rayonunun Qarazəncir kəndində yol-nəqliyyat hadisəsi
05.03.2016Martın 5-də saat 06 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində rayon sakini Ədalət Abuşovun idarə etdiyi “VAZ-21074” və Lənkəran rayon sakini Nurəddin Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Abuşov və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.