Qazax rayonunun Yuxarı Salahlı kəndində yol-nəqliyyat hadisəsi
05.03.2016Martın 5-də saat 07 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndində şəhər sakini Elvin Kərəliyevin və Tovuz rayon sakini Teyyub Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə T.Əliyevin sərnişinlərindən - həmyerlisi Ceyhun Əliyev hadisə yerində ölmüş, özünə və 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
BDYPİ tərəfindən araşdırma aparılır.