Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən oğurluq etmiş Biləsuvar rayon sakini B.Mikayılov tutulmuşdur
05.03.2016Martın 4-də paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən avadanlıqlar oğurlanmışdır.
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləsuvar rayon sakini Babək Mikayılov tutulmuşdur.