Gəncə şəhər sakini Eldar Əliyevi qətlə yetriməkdə şübhəli bilinən Cavid Cəfərov və Qoçu Kərimov tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir
02.03.2016Martın 2-də Göygöl RPŞ-yə fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakini Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırılması barədə məlumat daxil olmuşdur.
E.Əliyevin meyiti eksqumasiya edilmişdir.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir.Araşdırmalar aparılır.