Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lerik rayonunun Veri Əliabad kənd sakini Adil Rəhimov həmkəndlisi Seyid Qurbanova və arvadı Sevdaya xəsarət yetirdikdən sonra tüfəngdən açdığı atəşlə özünü öldürmüşdür

02.03.2016

Martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açmış (güllə S.Qurbanova dəyməmişdir), bıçaqla ona və onun arvadı Sevdaya xəsarət yetirib hadisə yerini tərk etmişdir. O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürmüşdür.

Lerik RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülmüşdür.

S.Qurbanov xəstəxanaya yerləşdirilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır. Araşdırmalar aparılır. 

02.03.2016 tarixinə olan kriminal məlumatlar