Avtomobildən akumulyator oğurlamış Ağdam rayon sakini Əsəd Cavadzadə tutulmuşdur
02.03.20162015-ci il fevral ayının 29-dan mart ayının 1-dək olan müddətdə Binəqədi qəsəbəsində Bakı şəhər sakini Eldar Həsənova məxsus “KamAZ” markalı avtomobildən akumulyator oğurlanmışdır.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakini Əsəd Cavadzadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 1-də Əlimran Kərimova məxsus “KamAZ” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.