Dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılmışdır
02.03.2016Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il tarixdə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139000 manat pul alması müəyyən edilmişdir.