Gün ərzində 99 cinayət faktı qeydə alınmışdır
11.02.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınmış, onların da 37-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 54 nəfər tutulmuşdur.