Fevralın 10-da Bakı şəhər sakini R.Kərimova məxsus evin zirzəmisindən oğurluq etmiş paytaxt sakini E.Kərimov tutulmuşdur
11.02.2016Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini Rəşad Kərimova məxsus evin zirzəmisindən 30000 ABŞ dolları dəyərində avadanlıq və inşaat materialları oğurlamış paytaxt sakini Elşad Kərimov tutulmuşdur.