Ağdaş şəhər sakini E.Hacıyevə məxsus mağazadan oğurluq etmiş həmyerlisi S.Vəliyev tutulmuşdur
11.02.2016Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də şəhər sakini Etibar Hacıyevə məxsus mağazadan danışıq kartları, 12 ədəd mobil telefon və aksesuarlar oğurlamış həmyerlisi Səbuhi Vəliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il iyul ayında daha 2 mağazadan pul və məişət əşyaları, habelə həmyerlisi Q.Manaflı ilə birgə daha bir mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Q.Manaflı da tutulmuşdur.