Quba şəhərində “VAZ-21011” markalı avtomobil yolun kənarındakı dirəyə çırpılmışdır
11.02.2016Fevralın 11-də saat 03 radələrində Quba şəhərində şəhər sakini İbrahim Qasımbəyov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarındakı dirəyə vurmuşdur. İ.Qasımbəyov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.