Salyan rayonu ərazisində Quba rayon sakini S.Dadaşovdan narkotik vasitələr, ov tüfəngi və patronlar götürülmüşdür
09.02.2016Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarvan kəndində Quba rayon sakini Sədrəddin Dadaşovdan 1 kiloqram 644 qram tiryək, 2 kiloqram 465 qram marixuana, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron götürülmüşdür.