Nəsimi rayonu ərazisində Lənkəran rayon sakini E.Kərimovanın pul kisəsini açıq talama yolu ilə almış Göyçay rayon sakini Ş.Mikayılov tutulmuşdur
09.02.2016Fevralın 9-da paytaxtın Nəsimi rayonu ərazisində naməlum şəxs Lənkəran rayon sakini Elza Kərimovanın içərisində pul və sənədləri olan pul kisəsini açıq talama yolu ilə almışdır.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Göyçay rayon sakini Şahin Mikayılov tutulmuşdur.