Gəncə şəhər sakini R.Məmmədova bıçaqla xəsarət yetirmiş həmyerlisi N.Qəmbərov könüllü olaraq polisə təslim olmuşdur
09.02.2016Fevralın 8-də Gəncə şəhər sakini Rabil Məmmədova bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş həmyerlisi Natiq Qəmbərov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olmuşdur. O, R.Məmmədovdan götürdüyü, üzərində səsboğucu olan pnevmatik tapança və içərisində 4 ədəd patron olan darağı da polisə təhvil vermişdir.