Şəki rayon sakini S.Mustafayevə məxsus təkər təmiri sexindən pul oğurlamış şəxslər tutulmuşlar
09.02.2016Ötən il fevralın 26-da Şəki rayonunun Orta Zəyzid kəndində kənd sakini Soltan Mustafayevə məxsus təkər təmiri sexindən 50 manat oğurlanmışdır.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Elnur Yusifov, Fariz Cavadov və Fərid Nəcəfov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon sakini X.Vəliyevanın evindən məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.