Gün ərzində 73 cinayət faktı qeydə alınmışdır
30.12.2015Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 8 nəfər yaralanmışdır.
- Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.