FHN-nin “112” xidmətinə zəng edərək Xaçmaz rayonunun istənilən yerində partlayış olacağı barədə yalandan məlumat verən Xaçmaz şəhər sakini Ş.Süleymanov tutulmuşdur
30.12.2015Dekabrın 30-da saat 18.52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-nin “112” xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən “Almas” şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirmişdir.
Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin məlumat təsdiqini tapmamışdır.
Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilmiş və RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulmuşdur.Faktla əlaqədar cinayət işi başlanmışdır.