Oğurluğa görə tutulmuşlar R.İsmayılova və A.Abbasovun digər cinayət əməli də müəyyən edilmişdir
30.12.2015Dekabrın 21-nə keçən gecə Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan İlqar Nəcəfovun həyətindən 2 baş qoyun və 1 ədəd velosiped oğurlanmışdır.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Ramilə İsmayılova və Sabirabad rayon sakini Amil Abbasov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 24-də rayon sakini Hüseyn Nuriyevin evindən qızıl əşyalar oğurlamaları da müəyyən edilmişdir.