Oğurluğa görə tutulmuş R.Həsənovun və qardaşı Raminin digər oğurluq əməlləri də müəyyən edilmişdir
30.12.2015Dekabrın 28-də oğurluq etdiklərinə görə tutulmuş Rəsul Həsənovun və qardaşı Raminin ətrafında Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakinləri V.İsmayılzadəyə məxsus avtomobildən, B.Hümbətova və A.Ramazanova məxsus mağazalardan sənəd, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.