Tərtər rayonunun Bəyimsarov kəndində yol-nəqliyyat hadisəsi
30.12.2015Dekabrın 30-da saat 17 radələrində Tərtər rayonunun Bəyimsarov kəndində kənd sakini İnam Paşazadənin və Bərdə rayon sakini Elməddin Camalovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Paşazadə və sərnişinləri həmkəndliləri Anar Əlizadə, Yavər Kərimli və Babək Baxışalıyev xəstəxanaya aparılarkən yolda ölmüş, E.Camalov və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.