Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Lütfiyyə İsmayılovanı qətlə yetirərək evi yandırmış Rəşad Nəsibov, Pərviz Həsənov və Azad Günəşli tutulmuşlar

19.12.2015

Dekabrın 18-də Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan 62 yaşlı Lütfiyyə İsmayılovanın evində yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra L.İsmayılovanın əlləri bağlı və boğaz nahiyəsində kəsilmiş xəsarəti olan yanmış meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş qəsəbə sakinləri Rəşad Nəsibov, Pərviz Həsənov və Azad Günəşli tutulmuşlar.

19.12.2015 tarixinə olan kriminal məlumatlar