Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Ruslan Məmmədov və İbrahim Əlizadə tutulmuşlar
19.12.2015Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də paytaxt sakinləri J.Hacıyevaya, R.Cəfərova, A.Abdullayevə, R.Kərimova və F.Abbaszadəyə məxsus avtomobillərdən pul, qızıl əşyalar və sənəd oğurlamış, İ.Vəliyevə və İ.Valoqinə məxsus avtomobillərdən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Ruslan Məmmədov və İbrahim Əlizadə tutulmuşlar.