Ucar rayonunun Bərgüşad kənd sakini Elman Abbasov arvadı Aytəni qətlə yetirmişdir
19.12.2015Dekabrın 18-də Ucar rayonunun Bərgüşad kənd sakini Elman Abbasov DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək Türkəci kəndində arvadı Aytənlə mübahisə etməsi ilə əlaqədar sonuncunun özünü yoldan keçən “VAZ-2106” markalı avtomobilin altına atmasını, avtomobil hadisə yerindən uzaqlaşdıqdan sonra arvadına yaxınlaşıb onun başını asfalta vurmasını bildirmişdir.
Hadisə yerində Aytənin meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş E.Abbasov tutulmuşdur.