Pul dəyişmə məntəqəsində işləyən Kəmaləddin Əliyevə xəsarət yetirib külli miqdarda pul aparmışlar
19.12.2015Dekabrın 19-da Gəncə şəhərinin D.Qorqud küçəsində yerləşən pul dəyişmə məntəqəsinin qarşısında şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən Kəmaləddin Əliyevə dəmir parçası ilə baş nahiyəsindən xəsarət yetirib 3900 manat, 19000 ABŞ dolları, 100 avro, 238000 rubl və 580 lari pul alıb hadisə yerini tərk etmişdir.
Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.