Qusar şəhər sakini Anar Məhərrəmov tutulmuşdur
19.12.2015Qusar RPŞ əməkdaşları tərəfindən dekabrın 17-də rayon sakini Rizvan Əfəndiyevə məxsus evdən qızıl əşyalar oğurlanması barədə verilmiş məlumatla bağlı aparılmış araşdırma zamanı naməlum şəxsin onun evinə girərək oğlu Abdulheyə zor tətbiq edib oradan 720 manat və qızıl əşyalar aparması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş şəhər sakini Anar Məhərrəmov tutulmuşdur.