Avtomobilini almağa cəhd göstərmiş Şamaxı şəhər sakini Elbrus Quliyev tutulmuşdur
13.12.2015Dekabrın 13-də Şamaxı şəhərində şəxsiyyəti məlum olmayan 2 nəfər, şəhər sakini İlqar Feyzullayevə zor tətbiq edib “Saipa” markalı avtomobilini almağa cəhd göstərmişdir.
Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - həmyerlisi Elbrus Quliyev tutulmuşdur.
RPŞ tərəfindən araşdırmalar aparılır.