Oğurluq etmiş, axtarışda olan Amil Əliyev və Bakı şəhər sakini Hamlet Babayev tutulmuşlar
13.12.2015Dekabrın 13-də Nərimanov rayonu ərazisində yaşayan Solmaz Əliyevanın mənzilinin damından su mühərriki oğurlanmışdır.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Amil Əliyev və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hamlet Babayev tutulmuşlar. Amil Əliyevdən 10,2 qram, Hamlet Babayevdən 11,412 qram tiryək götürülmüşdür.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 8 nəfərə məxsus su mühərriklərini oğurlamaları da müəyyən edilmişdir.