370 metrlik rabitə kabelini oğurlamış Masallı rayon sakini İlqar Mustafayev tutulmuşdur
13.12.2015Dekabrın 10-na keçən gecə Masallı rayonunun Kosakül kəndində “Aztelekom” İB-nə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 370 metrlik hissəsi kəsilərək oğurlanmışdır.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlqar Mustafayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-nə keçən gecə Əhmədli kəndində “Aztelekom” İB-nə məxsus rabitə kabelinin 190 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilmişdir.